Məhkəmə qərarları › İş №8(042)-139/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-139/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-139/2022 25.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Borclu iştirakı ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-542/2020 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-542/2020 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Borclu məhkəmə iclasına gələrək bildirdi ki, o, məhkəmə qərarının icrası üçün könüllü şəkildə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Ona görə də onun İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə ehtiyac yoxdur. Odur ki, o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılova məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Borclu məhkəmə iclasında iştirak etdiyindən və könüllü olaraq Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlidiyi bildirdiyindən, onun Gədəbəy rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi zərurəti aradan qalxmışdır. Ona görə də məhkəmə hesab edir ki, borclunun Gədəbəy rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-542/2020 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar