Məhkəmə qərarları › İş №8(042)-141/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-141/2024

28.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-141/2024 28.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Həsənov Nihat Natiq oğlunun katibliyi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-331/2024 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-331/2024 saylı qətnaməsinə izah verilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-331/2024 saylı qətnaməsilə iddia tələbi qismən təmin edilmiş, Tələbkar xx.xx.2020-ci il doğum tarixli X5 və xx.xx.2021-ci il doğum tarixli X6 ilə hər həftənin şənbə və ya bazar günü saat 13.00dan saat 17.00-dək Borclu iştirakı ilə görüşmək hüququ təmin edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirmişdir ki, Tələbkar övladları ilə borclunun iştirakı olmadan Gədəbəy şəhərində göruşməsini tələb edir. Ona görə də uşaqla görüşmək hüququnun təmin edilməsi haqqında qətnaməyə izah verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-331/2024 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Tələbkar xx.xx.2020-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X6 ilə hər həftənin şənbə və ya bazar günü saat 13.00-dan saat 17.00-dək Borclu iştirakı ilə görüşmək hüququ təmin edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən azyaşlı uşaqların maraq və mənafelərini nəzərə almış, görüşün ananın içtirakı ilə uşaqların yaşayış yeri üzrə Gədəbəy rayonu, Şahdağ kəndində keçirilməsini qərara almışdır. Ona görə də ərizə təmin edilməli, izah verilməlidir ki, uşaqlarla görüş, onların yaşayış yeri üzrə Gədəbəy rayonu, Şahdağ kəndində keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 230, 263-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-331/2024 saylı qətnaməsi Tələbkar xx.xx.2020-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X6 ilə hər həftənin şənbə və ya bazar günü saat 13.00-dan saat 17.00-dək Borclu iştirakı ilə Gədəbəy rayonu, Şahdağ kəndində görüşsün kimi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar