Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-141/2025 21.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, ərizəçi X4 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iştirakı ilə X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 29 may 2025-ci il tarixli məhkəməyə qaytarılma qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən çıxarılmış 29 may 2025-ci il tarixli qərarın ləğv edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-177/2023 saylı icra sənədinin yenidən icraya yonəlməsini və yığılmış alimentin xx.xx.2023-cü il tarixdən hesablanmasını haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəm iclasında X5 ərizəni müdadiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayraq ,xx.xx.2019-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 193 manat alimnetin alınaraq, ona verilməsi qət edilmişdir.Lakin xx.xx.2025-ci il tarixli icra sənədi onun məlumatı olmadan Gədəbəy Rayon Məhkəməsini qaytarılmışdır.Ona görə də ərizənin təmin edilmiəşini və xx.xx.2025-ci il tarixli qəraerın ləğv edilərək, yenidən icraya qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 məhkəmənin mülahizəsi ilə qərar çıxarılmasını xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Tələbkar 11 avqust 2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi verərək, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, icra sənədinin yenidən icraata qaytarılmasını və alimentin 03 mart 2023-cü il tarixdən hesablanmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlmişdir ki, şikayət qismən təmin edilməli, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və icra səndəi yenidən icraya yönəldilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 263-264,266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-141/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-141/2025
21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver