Məhkəmə qərarları › İş №8(042)-147/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-147/2022

02.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-147/2022 02.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(042)-174/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə Gədəbəy rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən Borclu məxsus Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə təqdimat Gədəbəy rayon Məhkəməsinə daxil olmuşdur. Təqdimat üzrə işin hallarından görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(042)-114/2019 nömrəli icra sənədinə əsasən, borclu X2, Borclu 9000 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2, Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X2, Borclu məxsus olan Gədəbəy rayonu Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahəsi müəyyən edilmiş və 8(042)-174/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuşdur. Laki sözügedən əmlaklar hərrac nəticəsində satılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri ləğv edilməli və qoyulmuş həbs torpaqlar üzərindən götürməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla müəyyən edildi ki, üzərinə həbs qoyulmuş torpaq sahələri hərrac yolu ilə satılmışdır. Göründüyü kimi, torpaq sahəsi hərrac yolu ilə satıldığından icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(042)-174/2021 saylı qərardadı ilə Borclu məxsus olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha və 0.24 ha torpaq sahələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar