Məhkəmə qərarları › İş №8(042)-149/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-149/2024

18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-149/2024 18.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə X2 MMC-nin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 MMC Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 05.10. 2016-cı il tarixli 2(042)-1568/2016 saylı əmr üzrə Maraqlı şəxs böyük icra məmuru X1 tərəfindən xx.xx.2024-cü il tarixli icra sənədinin icrasına Borclu vəfat etməsi ilə bağlı 05.10. 2016-cı il tarixli 2(042)-1568/2016 saylı əmr icrasına xitam verilməsini qərara almışdır. İcraçı borclunun vərəsələrinin müəyyən edilməsi barədə tədbir görməmişdir. Ona görə də Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında xitam qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gədəbə Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(042)-1568/2016 saylı icra sənədinə xitam verilmişdir. İşdə olan sənədən görünür ki,Borclu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "İcra haqqında" Qanunun 19.1.1.maddəsinə əsasən borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək dayandırır. Həmin qanunun 20.1.3. maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə xitam verilə bilər. Həmin qanunun 31-ci maddəsinə əsasən maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə xx.xx.2016-ci il tarixli icra sənədinə borclunun ölümü ilə əlaqədar xitam verilmişdir. Tələbkar 19 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə verərək, Maraqlı şəxs qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, icra məmuru borclunun vərəsələrini müəyyən etməli və tutmanı onlara göndərməlidir. Ona görə də şikayət təmin edilməli, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar