Məhkəmə qərarları › İş №8(042)-153/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-153/2025

10.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-153/2025 10.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi iştirakı ilə, X1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-800/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları X2 “alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-cİ il tarixli, 2(042)-800/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs bir uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin indeksasiya olunaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının bir uşaq üçün 0,625 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-800/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs bir uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmiş və icraya yönəldilmişdir. Həmin qətnamə qəbul edilərkən uşağın saxlanılması üçün sabit pul məbləğində 280 manat aliment təyin edilmişdir. Qətnamə qəbul olunarkən, yəni 2022-ci ildə ölkə üzrə minimum əmək haqqı 210 manat olmuşdur. 2025-ci il yanvar ayının 01-dən etibarən isə ölkə üzrə minimum əmək haqqı 400 manata çatdırılmış və hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment də hazırki minimum əmək haqqına indeksasiya edilməlidir. Proses iştirakçılarının izahatı X2 məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin (MPM) 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-800/2022 saylı qətnaməsindən görünür ki, 13 iyul 2022-ci il tarixdən başlayaraq, 10 dekabr 2011-ci il təvəllüdlü X3 və 16 may 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs hər uşağa görə 140 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində 280 manat məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; - 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. - 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Minimum aylıq əməkhaqqının artırılması barə Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə, Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə 10 dekabr 2011-ci il təvəllüdlü X3 və 16 may 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci il tarixdə alimentin məbləği hər bir uşaq üçün 140 manat məbləğində, yəni həmin il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0,46 misli (alimentin məbləği 140 : minumum əmək haqqının məbləği 300=0,46) həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta - 2022-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-800/2022 nömrəli qətnaməsi ilə hər bir uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunmalıdır. Nəticə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-800/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması qərardad qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar