Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-154/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(042)-187/2018 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon icra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov tərəfindən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu tutulmalı olan hər ay 240 manat aliment pulunun borclunun təqaüdünə yönləndirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)- 187/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-187/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində aliment müəyyən edilmiş və hər ay Borclu tutulub tələbkar X5 verilməsi göstərilmişdir. İcra sənədi icraatına qəbul olunduğu gün borcluya icraata başlamaq haqqında qərarın surətini, tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş üzrə zəruri icra tədbirləri görülmüş, borclu adına sorğular verilmiş və məlum olmuşdur ki, Borclu Vətən müharibəsi iştirakçısı olaraq hər ay 80 manat alır. Həmçinin iş üzrə tələbkar X1 rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu ödəməli olan aliment vəsaitini borclunun penisyasından tutularaq onun bank hesabına köçürülməsini xahiş etmişdir. Odur ki, bununla əlaqədar məhkəməyə təqdimat verilməsi məqsədəmüvafiq sayılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(042)-187/2018 saylı icra sənədinə əsasən, 15 yanvar 2018-ci il tarixdən başlayaraq, 24 sentyabr 2010-cu il təvəllüdlü Səbuhi və 03 noyabr 2011-ci il təvəllüdlü Firuzə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər uşağa görə 120 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində 240 manat məbləğində aliment tutularaq X4 verilməlidir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 674 saylı arayışın surətindən görünür ki, Borclu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(042)-187/2018 saylı icra sənədinə əsasən, 15 yanvar 2018-ci il tarixdən başlayaraq, 24 sentyabr 2010-cu il təvəllüdlü Səbuhi və 03 noyabr 2011-ci il təvəllüdlü Firuzə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər uşağa görə 120 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində 240 manat məbləğində aliment tutularaq X4 verilməlidir. İcra sənədi üzrə Borclu icra sənədinin icra olunması üçün üzərinə düşən hərəkətləri yerinə yetirmir, borcunu ödəmir. Borclunun adına borcun yönəldilə biləcəyi əmlak yoxdur. Buna baxmayaraq Borclu “Vətən müharibəsi” iştirakçısı olaraq 80 manat məbləğində təqaüd alır. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin qanunun 65.2-ci maddəsinə əsasən, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Həmin qanunun 65.4-ci maddəsinə əsasən, tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Göründüyü kimi, Gədəbəy rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(042)- 187/2018 saylı icra sənədi üzrə Borclu adına tələbin yönəldilə biləcəyi əmlakı yoxdur və o, hər ay 80 manat təqaüd alır. Odur ki, icra məmuru icra sənədi üzrə borcun borclunun digər gəlirlərinə (təqaüdünə) yönəldilməsi ilə bağlı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun təqdimatı təmin edilməli, Gədəbəy rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(042)-187/2018 saylı icra sənədi üzrə Borclu hər ay icra sənədində göstərilən qaydada 240 manat aliment borcu Borclu hər ay aldığı 80 manat məbləğində təqaüdünə yönəldildilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun təqdimatı təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(042)-187/2018 saylı icra sənədi üzrə Borclu hər ay icra sənədində göstərilən qaydada 240 manat aliment borcu Borclu hər ay aldığı 80 manat məbləğində təqaüdünə yönəldilsin. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-154/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-154/2022
22.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver