Məhkəmə qərarları › İş №8(042)-157/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-157/2022

26.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-157/2022 26.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 iştirakları ilə, X1nun Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)672/2018 icra sənədinin yenidən icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)672/2018 icra sənədinin yenidən icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmıdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən və iddiaçı X3 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolu cavabdehlər X9, X10 və X4 tərəfindən zəbtdən azad edilməsi və həmin yola edilən hər cür maneələr aradan qaldırılması qət edilmişdir. İcra sənədi icra edilmiş, avtomobil yolu zəbtdən azad edilmişdir. Lakin xeyli müddətdən sonra borclular avtomobil yolunu yenidən zəbt etmişlər. Hazırda onun fərdi yaşayış evinə gediş gəliş yolu yoxdur. Ona görə də şikayətin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)672/2018 icra sənədinin yenidən icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X13 məhkəmə iclasında qətnamənin yenidən icra edilməsinə etiraz etməmiş, bununla əlaqədar çıxarılacaq məhkəmə qərardadını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən və iddiaçı X3 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolu cavabdehlər X9, X10 və X4 tərəfindən zəbtdən azad edilməsi və həmin yola edilən hər cür maneələr aradan qaldırılması qət edilmişdir. İcra sənədi icra edilmiş, avtomobil yolu zəbtdən azad edilmişdir. Lakin borclular avtomobil yolunu yenidən zəbt etmişlər. Hazırda tələbkarın fərdi yaşayış evinə gediş gəliş yolu yoxdur Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)672/2018 icra sənədi yenidən icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilməli, icra sənədi üzrə icra işləri davam etdirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icra icraatına xitam verilməsi barədə qərarı ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)672/2018 icra sənədi yenidən icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin və icra sənədi üzrə icra işləri davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar