Məhkəmə qərarları › İş №8(042)-16/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-16/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-16/2025 21.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salamnov Orxan Aqil oğlunun katibliyi, Borcluun və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-948/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra rəisi X3 oğlu Gədəbəy Rayon Məhkəməsinin 2(042)-9482024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-948/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədinə əsasən Borclu 5600 manat məbləğində pul vəsaiti tutularaq, tələbkar X4 xeyrinə və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-963/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədi üzrə Borclu 700 manat məbləöində pul vəsaiti tutularaq, X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə boclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində Vaz21213 markalı qeydiyyat nişanlı avtomobiləri vardır. Ona görə də həmin avtomaşınların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, maddi vəziyyəti pisdir. O, borcunu hissə-hissə ödəyə bilər.Ona görədə qərar çıxarılarkan nəzərə alınmasını xhaiş etdi. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək, təqdimatın təmin olunmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində VAZ 21213” minik markalı, **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə araşdıması ilə müəyyən edilmişdir ki, Borclu mülkiyyətində VAZ 21213” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır.O, borcu ödəmir. Ona görə də təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan VAZ 21213” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilərin üzərinə həbs qoyulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan VAZ 21213” minik markalı,**-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilərin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar