Məhkəmə qərarları › İş №8(042)-161/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-161/2023

22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-161/2023 22.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “Kamaz 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı icra sənədinə əsasən Borclu vurulmuş maddi ziyana görə 5300 manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməli, ödənilmiş 73 manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməlidir. Bununla bağlı Borclu icra sənədində göstərilən tələbi yəni 5373 manat Borclu adına olan “Kamaz 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək Gədəbəy rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardad qəbul edərək avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar rəsmi olaraq xx.xx.2023-cü il tarixdə icra şöbəsinə ərizə verərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən də həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məqsədə müvafiqdir. Ona görə də, avtomobilin üzərindən həbsin götürülməsini xahiş edir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı icra sənədinə əsasən Borclu vurulmuş maddi ziyana görə 5300 manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməli, ödənilmiş 73 manat dövlət rüsumunun əvəzi cavabdeh Borclu alınıb iddiaçı Tələbkar verilməlidir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus “Kamaz 5320” yük markalı, **- KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadı ilə Borclu məxsus “Kamaz 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Ona görə də, təqdimat təmin edilməli, “Kamaz 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadı ilə Borclu məxsus “Kamaz 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar