Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-163/2025 25.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, X1, X4 iştirakları ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında X12 və X13 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-114/2019 saylı icra vərəqəsinə əsasən, cavabdehlər X13 və X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, RX seriyalı ******* və ******* №-li Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə X11 adına qeydə alınmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.12 ha və 0.24 ha torpaq sahələrindən çıxarılmalı, X8 9000 (doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə alınaraq cavabdeh X9 verilməlidir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-114/2019 saylı icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. X12 və X13 həmin qərardan şikayət verərək, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-114/2019 saylı icra sənədini yenidən icraya yönəldiləsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X12 və X13 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-114/2019 saylı qətnaməsinə əsasən cavabdehlər X13 və X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, RX seriyalı ******* və ******* №-li Çıxarışlara əsasən xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə X11 adına qeydə alınmış, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.12 ha və 0.24 ha torpaq sahələrindən çıxarılmalı, X8 9000 (doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə alınaraq cavabdeh X9 verilməlidir. Qətnamə icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmov apellyasiya şikayəti verildiyindən xx.xx.2019-cu il tarixdə icra işini dayandırmışdır. Həmin qətnamədən X15 apellyasiya şikayəti vermiş, apellyasiya məhkəmsi qətnaməni dəyişdirmədən saxlamışdır, həmin qətnamədən X3 şikayəti vermiş həmin şikayət də təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli qərarla icra işi yenilənmişdir. Bundan sonra tərəflərə icra vərəqəsini könüllü icra edilməsi ilə bağlı məktub göndərilmiş tələbkar X15 icra şöbəsinə ərizə verərək cavabdehlərin onun 0.12 ha və 0.24 ha torpaq sahələrindən könüllü çıxdıqlarını bildirmişdir. İcra vərəqəsi qalan hissədə icra edilməmiş qalmışdır. Onlar özlərinə aid hissənin icra edilməsini tələb edərkən onlara məlum olmuşdur ki, icra məmuru xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Onun əlində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.12 ha torpaq sahəsixx.xx.2011-ci il tarixdə **********47 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə X11 adına rəsmiləşdirilməklə ümumi birgə mülkiyyət hüququ ilə X11 və X10 adına qeydə alınmışdır. Eləcə də, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqıhda dpşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.24 ha torpaq sahəsi xx.xx.2011 -ci il tarixdə **********48 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə X11 adma rəsmiləşdirilməklə ümumi birgə mülkiyyət hüququ ilə X11 və X10 adına qeydə alınmışdır. Həmin 0.16 və 024 ha torpaq sahələrini onlar İcra məmurlarının köməkliyi ilə hərrac yolu ilə 3000 manat ödəməklə alaraq öz adlarına AN 821550 Torpaq sahəsinin plan və ölçü sənədinə əsasən sənədləşdirmişlər. Sənəd əsasında yoxlanılarkən müəyyən olunmuşdur ki, X2 mübahisəli sahədə heç bir torpaq sahəsi yoxdur. Bu mübahisəni sonlandırmaq üçün daşınmaz əmlakın Reyester xidmətindən mütəxəsiss dəvət edilməsini və bu mübahisəni sonlandırılmasını istəyir. Aydın olur ki, X15 dələduzluq edərək ona aid olmayan torpağı onlara sataraq ondan küllü miqdarda pul almışdır. Pulunun və torpaq sahəsinin borcludan geri alınmasını istəyir. Mübahisəli ərazi onun həyətyanı sahəsində yerləşir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. O, icra işinin icra edilməməsi səbəbini xx.xx.2025-ci il tarixdə bilmiş və ondan sonra məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Odur ki, hazırda Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)- 114/2019 saylı icra sənədinin yenidən icraya yönəldilməsini istəyir. Şikayət vermiş şəxs (tələbkar) X13 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. X5 məhkəmə iclasında bildirdi ki, məhkəmə qətnaməsini düzgün hesab etmir və sözgedən pul məbləğini ödəməyə imkanı yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak etmiş şəxsləri dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: Həmin qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında icra işinə baxış keçirilmiş və müəyyən edildi ki, bundan əvvəl Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-114/2019 saylı icra sənədinin məhkəməyə qaytarılması qərara alınmış və tələbkar X13 həmin qərardan şikayət vermişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-50/2025 saylı qərardadına əsasən şikayətin təmin edilməsi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı qəbul edilərkən məhkəmə qərardadı ilə ləğv edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd edilən xüsusatlara istinad edilmiş, əlavə hər hansı icra tədbirləri görülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra sənədinin icrası üzrə bütün zəruri icra tədbirlər görülməli və icra vərəqəsi üzrə tələb tam icra edilməlidir. Ona görə də, məhkəmə X7 və X6 şikayətini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 və X6 şikayəti təmin edilsin. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən qəbul edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)- 114/2019 saylı icra sənədinin məhkəməyə qaytarılmasına dair xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və icra sənədi üzrə icra işi davam etdirilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №8(042)-163/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-163/2025
25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver