Məhkəmə qərarları › İş №8(042)-165/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-165/2022

19.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-165/2022 19.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçi X4 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, X4 icrada dönüş edilməsi haqqında ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Gədəbəy Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2019-cu il tarixli 2(042)-41 /2019 saylı qətnaməsinin icra edilməsi nəticəsində aparılmış dəyişikliyin əvvəlki vəziyyətinə qaytarılması haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X1 məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)-41/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı X3 və cavabdehlər X4 və X5 1 və 2 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə 3 saylı tikiliyə doğru arakəsmə yaradılmaqla və yaranmış ikinci hissədən qapı açılmaqla istifadə qaydaları müəyyən edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra günü təyin edilərək qətnamədə göstərilmiş qaydada icra işləri həyata keçirilmişdir. Onun evinin 1 və 2 saylı otaqlarının arasında olan arakəsmə boyunca düz xətlə 3 saylı tikiliyə doğru arakəsmə yaradılmış və yaranmış ikinci hissədən qapı açılmışdır. Bununla da icra sənədinin icrasına xitam verilmişdir. Lakin o, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddiaçı X3 cavabdeh X6 qarşı cavabdehə məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun mülkiyyətində olan evdən iddiaçının istifadə qaydaları müəyyən edilsə də. artıq həmin qətnamə ləğv edilmişdir. Buna baxmayaraq həmin qətnamənin icrası nəticəsində onun mülkiyyətində olan fərdi yaşayış evində dəyişikliklər baş vermişdir. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də o, icrada dönüş edilərək, ona məxsus olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Gədəbəy Rayon Məhkəməsinin ləğv edilmiş qətnaməsinin icra edilməsi nəticəsində aparılmış dəyişikliyin əvvəlki vəziyyətinə qaytarılmasını xahiş edir. Məhkəmə iclasında tələbkar X7 izahat verərək, bildirmişdir ki, əgər orada sonradan yaradılmış arakəsmə götürülərsə aralarında hər gün münaqişə baş verəcəkdir. Ona görə də ərizənin təmin edilməməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tari) 2(104)-2347/2021 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2019-cu il tarixli 2(042)-41 /2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasəən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)-41/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı X3 və cavabdehlər X4 və X5 1 və 2 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə 3 saylı tikiliyə doğru arakəsmə yaradılmaqla və yaranmış ikinci hissədən qapı açılmaqla istifadə qaydaları müəyyən edilmişdir. Qətnamə icra edilmiş, borclunun evinin 1 və 2 saylı otaqlarının arasında olan arakəsmə boyunca düz xətlə 3 saylı tikiliyə doğru arakəsmə yaradılmış və yaranmış ikinci hissədən qapı açılmışdır. Lakin cavabdeh Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)-41/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(104)- 2347/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)-41 /2019 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı X3 cavabdeh X6 qarşı cavabdehə məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 2347/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Ona görə də ərizə təmin edilməli, X6 məxsus olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Gədəbəy Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2019-cu il tarixli 2(042)-41 /2019 saylı qətnaməsinin icra edilməsi nəticəsində aparılmış dəyişiklik əvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə təmin edilsin. X6 məxsus olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Gədəbəy Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2019-cu il tarixli 2(042)-41 /2019 saylı qətnaməsinin icra edilməsi nəticəsində aparılmış dəyişiklik əvvəlki vəziyyətinə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar