Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-166/2023 25.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-544/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən əmlak üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-544/2023 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-544/2023 saylı icra sənədinə əsasən borclu X1 və Borclu 6852 manat məbləğində pul vəsaiti və dövlət rüsumu müştərək qaydada tutularaq Tələbkar Salman oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borcluların əmlak vəziyyətinin yoxlanılması zamanı məlum olmuşdur ki, Borclu mülkiyyətində borcun yönəldilə biləcəyi Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 ha həyətyanı torpaq sahəsi vardır. Ona görə də icra məmuru borc tələbinin həmin torpaq sahəsinə yönəldilməsi üçün onun üzərinə həbs qoyulması haqqında məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat müəllifinə tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Elektron İcra sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 ha həyətyanı torpaq sahəsi vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Borclu mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi vardır. Borclu üzərinə düşən öhdəlikləri icra etmir. Ona görə də təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-544/2023 saylı icra sənədinin icrası ilə əlaqədar tələb borc məbləği həddində Borclu mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-166/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-166/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver