Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-168/2022 17.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1428/2017 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(042)-1428/2017 saylı icra sənədinə əsasən Borclu və X1 11307.57 manat alınaraq, Tələbkar ASC-ə verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Gədəbəy Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən məhkəmənin icra sənədində göstərilən tələblərin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara gedərək məhkəmə qətnaməsinin icrasından yayınmasının qarşısının alınması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Borclu icra sənədi üzrə üzərinə düşən öhdəlikləri qərəzli şəkildə icra etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasənə, məhkəmə qərarları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədi üzrə Borclu icra sənədinin icra olunması üçün üzərinə düşən hərəkətləri yerinə yetirmir, borcunu ödəmir. Ona görə də təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququna məhdudiyyət qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1959-cu ildə Gədəbəy rayonunda doğulmuş və Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-168/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-168/2022
17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver