Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-168/2023 25.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X1, Borclu, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirakları ilə, X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(042)-599/2022 saylı icra sənədinə əsasən, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında aliment alınaraq, ona verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Daha sonra o borclu ilə barışdığına görə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə icra sənədinə xitam verilməsinə barədə ərizə vermiş və icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Borclu ilə onun arasında olan ailə münasibətləri yenidən pozulmuş və ayrılmışlar. O, uşaqlarının təminatını ödəməkdə çətinlik çəkdiyinə görə alimentin yenidən bərpa olunmasını istəyir. Ona görə də, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməsini və icra sənədi üzrə icraat davam etdirilməsini məhkəmədən xahiş edir. X2 ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək, aralarında olan ailə münasibətlərinin yenidən pozulduğunu və ayrıldıqlarını bildirdi. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək iş üzrə yekun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edildi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-599/2022 saylı icra sənədinə əsasən, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında aliment alınaraq, X6 verilməlidir. X1 borclu ilə barışdığına və ailə münasibətlərini bərpa etdiklərinə görə ərizəsi əsasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədinə xitam verilmişdir. Tələbkar hazırda məhkəməyə ərizə verərək, borclu ilə ailə münasibətlərinin yenidən pozulduğunu və ayrıldıqlarını bildirmiş, uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin yenidən bərpa edilməsini xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-168/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-168/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver