Məhkəmə qərarları › İş №8(042)-168/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-168/2025

08.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-168/2025 08.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X5 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu “məcburi gətirilməsin” dair Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun məhkəməyə təqdim etdiyi təqdimatından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1178/2023- 002 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü Emin və xx.xx.2009-cu il təvəllüdlü Aysel adlı övladların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla iki uşaq üçün 300 manat miqdarında aliment Borclu alınıb X2 verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu rəsmi qaydada çağırışlar verilsnə baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov məhkəmə iclasında təqdimatda göstərilənlərə oxşar izahat vermiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında borclu və tələbkara lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə müvafiq olaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixdə X3 və xx.xx.2009-cu il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat, ümumillikdə iki uşaq üçün 300 manat miqdarında müəyyən edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gədəbəy Rayonu İcra Probasiya Şöbəsi tərəfindən Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edirki, təqdimat təmin edilərək Borclu Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231-ci, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsəd ilə Borclu (ünvan 1ində qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü) Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardad icra olunması üçün Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə və Gədəbəy rayon Polis şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar