Məhkəmə qərarları › İş №8(042)-169/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-169/2022

19.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-169/2022 19.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-264/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov tərəfindən əmlak üzərinə həbs qoyulması və qiymətləndirilərək açıq hərracdan satılması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Rayon Məhkəməsinin 2(042)- 264/2020 saylı, xx.xx.2020-ci il tarixli, icra sənədi üzrə borclunun əmlak üzərinə həbs qoyulması və qiymətləndirilərək açıq hərracdan satılması, tələbin əmlaka yonəldilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 264/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 8000 manat pul, bir baş iki yaşlı düyə, və iki baş üç yaşlı inək, həmçinin 30 manat miqdarında ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, Tələbkar verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması zamanı məlum olmuşdur ki, borclunun Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.11 ha torpaq sahəsinə dair JN-253 nömrəli, KOD 50501004 Dövlət Aktı var. Ona görə də icra məmuru borc tələbinin həmin torpaq sahəsinə yönəldilməsi üçün onun üzərinə həbs qoyulması, saxlanması və satılması barədə məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat müəllifinə, tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.11 ha torpaq sahəsi Borclu verilmişdir. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 4-cü bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Borclu məxsus üzərinə həbs qoyulması xahiş edilmiş torpaq sahəsi 1 hektardan azdır. Ona görə də təqdimat təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar