Məhkəmə qərarları › İş №8(042)-171/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-171/2023

22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-171/2023 22.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-202/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-202/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbulu edilməsi və icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(042)-202/2023 saylı icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay cəmi 170 manat aliment Borclu alınaraq, Əliyeva (Abdullayeva) Aysel Asəf qızına ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul olunmuşdur. Tələb könüllü olaraq icra edilmişdir. Ona görə də borclu barəsində heç bir məcburi icra tədbirləri görülməmişdir. Tələbkar Əliyeva (Abdullayeva) Aysel Asəf qızı və X1 ilə birlikdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gələrək xx.xx.2023-cü il tarixli notarial ərizə təqdim etmiş, uşağı atasına verdiyini və aliment işi üzrə tələbdən imtina etdiyini bildirərək, icraata xitam verilməsini xahiş etmişdir. Tələbkarın tələbdən imtinası icra məmuruna xitamla bağlı “İcra haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun qərar qəbul etməsi imkanı yaratmır. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-202/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbulu edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Tələbkar notarial qaydada ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-202/2023 saylı icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.1-ci maddəsinə əsasən, İcra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. Beləliklə, məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələbkarın tələbdən imtinasını qəbul edilməsinin məhkəmə tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tələbkar notarial qaydada ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-202/2023 saylı icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də, təqdimat təmin edilməli Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-202/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilməli və icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-202/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilsin və icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar