Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-177/2022 25.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X4 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə X1nun Gədəbəy Rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayət ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişlər. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Gədəbəy rayonu, İnəkboğan kəndi ərazisində olan “Yeddi Evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X13, X6 və X3 tərəfindən edilən hər cür maneələrə son qoyulması və dağılmış su anbarının bərpa edilməsi qət edilmişdir. İcra sənədi icra edilmiş, su anbarı bərpa edilmişdir. Lakin xeyli müddətdən sonra borclular su anbarını yenidən dağıtmışlar. Hazırda onun içməli suyu yoxdur. Ona görə də şikayətin təmin edilməsini və Gədəbəy Rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında şikayətin təmin edilməsinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, icra sənədini çətinliklə icra etmiş və icra icraatına xitam vermişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Gədəbəy rayonu, İnəkboğan kəndi ərazisində olan “Yeddi Evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X13, X6 və X3 tərəfindən edilən hər cür maneələrə son qoyulması və dağılmış su anbarının bərpa edilməsi qət edilmişdir. İcra sənədi icra edilmişdir. Lakin hazırda borclular su anbarından istifadəyə maneələr yaratmışlar. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2022ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli, icra sənədi yenidən icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilməli, icra sənədi üzrə icra işləri davam etdirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icra işləri davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-177/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-177/2022
25.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver