Məhkəmə qərarları › İş №8(042)-181/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-181/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-181/2025 06.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, X1 iştirakı ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından iş üzrə X2 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-531/2024 saylı qətnaməsinə əsasən, iddiaçı X5 mülkiyyətində olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yoluna cavabdeh X4 tərəfindən yaradılan maneələr yola tökülmüş daşların yığılması və götürülməsi yolu ilə aradan qaldırılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-531/2024 saylı icra sənədinin icraatına xitam verilmişdir. X2 həmin qərardan məhkəməyə şikayət verərək, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra işinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(042)- 531/2024 saylı qətnaməsinə əsasən borclu X3 qarşı iddia tələbi olmuşdur. Həmin iş Gədəbəy rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 icraatına daxil olmuşdur. İcra məmuru könüllü icra ilə bağlı tərəflərə məktub göndərilmişdir. Borclu qətnaməni könüllü icra ilə əlaqədar məktub göndərmişlər. Boruclu könüllü icra etməkdən imtina etmişdir, İcra məmuru məcburi icra hərəkətləri ilə icra etdirmək üçün xx.xx.2024-cü il tarixə hər iki tərəfə bildiriş vermişdir. Boruclu qəsdən həmin günü evdən çıxıb getmiş icra məmuru gələrkən evdə olmamışdır. Gədəbəy rayon İcra Probasiya şöbəsinin İcra məmuru Ruslan Rüstəmov məcburi icra hərəkətləri apararkən həmin ərazidə olan qətnaməyə əsasən götrülməli olan yol kənarına düzülmüş daşları onun özünə təmizlətmişdir. Həmin vaxtdan üç ay sonra boruclu həmin yerə gələrək nalayiq ifadələr işlətməklə, əvvəlkindən də pis vəziyyətdə salmışdır. O, həmin vaxtda Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 yanına gələrək məlumat vermişdir. Gədəbəy rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 iş üzrə icraata xitam verdiyini bildirmişdir. O, həmin yolla nə özünə məxsus avtomobillə, nədəki piyada şəkildə gedə bilmir. Borclu onun yoluna daşlar düzüb, həmin daşların yaxınlığından da keçmək istədiyi halda onu söyür təhqir edir. Həmin yoldan keçməyinə maneə törədir. O, borclunun əlindən öz evinə gedə bilmir, yol kənarında gözləyir ki, borclu yolda olmayan vaxtda evinə getsin. Əgər borclunun düzdüyü daşlar yolda olmasa o sərbəst şəkildə dönərək evinə gedə bilər. O, həmin icraata xitam verilməsi barədə qərarı tələb etsə də Gədəbəy rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 ona icraata xitam verilməsi haqqında qərarı xx.xx.2025-ci il tarixdə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-531/2024 saylı qətnaməsinin yenidən icra edilməsi üçün, Gədəbəy rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarını ləğv edilməsini istəyir. X2 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinə və borclulara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmədə müəyyən oldu ki, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi icra edildiyindən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-531/2024 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Lakin, X2 xitam qərarından şikayət verərək, icra sənədinin icra məmuru tərəfindən icra edilərək, icra sənədinə xitam verilməsinə baxmayaraq, X2 borclu tərəfindən sözgedən avtomobil yoluna məhkəmə qətnaməsində qeyd edilən maneələrin təkrarən yaradıldığını bildirmişdir. Belə olan halda, borclu tərəfindən yenidən sözgedən maneələrin yaradılması qətnamənin icrasını əhəmiyyətsiz edir və təkrarən eyni mübahisələrin yaranmasına səbəb olur. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti əsaslıdır, təmin edilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, "... “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən qəbul edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 531/2024 saylı icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və icra sənədi üzrə icra işi davam etdirilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar