Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-182/2022 02.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X7, borclu X5 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 iştirakları ilə X2nın Gədəbəy Rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından şikayət ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişlər. X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş X17, xx.xx.2016-cı il tarixdə doğulmuş X14 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 X4 alınaraq, ona verilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra vaxtı təyin edilmişdir. Lakin təyin edilmiş icra zamanı o, xəstə olduğundan gələ bilməmişdir. Bu səbəbdən icra sənədi icra edilməmiş, məhkəməyə geri qaytarılmışdır. Ona görə də şikayətin təmin edilməsini və Gədəbəy Rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytraılması haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında borclu X10 izahat verərək, bildirmişdir ki, azyaşlı uşaq anası ilə yaşamaq istəmir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə icra məmurunun yanında olmuş, lakin uşaq anasına getməmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X15 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, icra məmuru icra sənədinin icra edilməsi üçün bir neçə dəfə müxtəlif vaxtlara icra təyin edilmişdir. İcra sənədi icra edilmiş, uşaq borcludan alınaraq, tələbkara verilmiş, lakin azyaşlı uşaq ağlayaraq geri qayıtmış, bununla da icra sənədi icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarılmışdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)74/2021 saylı, xx.xx.2021 saylı icra sənədi geri qaytarılmışdır. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş X17, xx.xx.2016-cı il tarixdə doğulmuş X14 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 Etibar Şəmistan oğlundan alınaraq, X9 verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru icra sənədinin icra edilməsi üçün bir neçə dəfə müxtəlif vaxtlara icra təyin etmişdir. İcra sənədi icra edilmiş, uşaq borcludan alınaraq, tələbkara verilmiş, lakin azyaşlı uşaq ağlayaraq, geri qayıtmış, bununla da icra sənədi icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarılmışdır. Hazırda icra sənədinin icrası mümkün deyil. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-182/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-182/2022
02.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver