Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-182/2023 04.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-630/2021 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən əmlak üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-630/2021 saylı icra sənədi üzrə borclunun əmlak üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(042)-630/2021 saylı icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə boclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində «VAZ 21214» minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Ona görə də həmin avtomaşının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat müəllifinə tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Elektron İcra sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində «VAZ 21214» minik markalı, **-RF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Borclu mülkiyyətində «VAZ 21214» minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Borclu borcu qaytarmır. Ona görə də təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan «VAZ 21214» minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan «VAZ 21214» minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-182/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-182/2023
04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver