Məhkəmə qərarları › İş №8(042)-190/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-190/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-190/2023 24.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakiмi Mirzəquliyev Fizuli Balağa оğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə X1nun qətnamənin hissə-hissə icra edilməsi ərizəsinə baхaraq, müəyyən etdi : Gədəbəy Rayon Məhkəməsinin e2(042)-106/2023saylı qətnaməsilə cavabdeh X2 5389.27 manat əsas borc, 996.24 manat faiz borcu, cəmi, 6385.51 manat borcun və 83.86 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, Tələbkar ASC-ə verilməsi qət edilmişdir. X1 qətnamənin hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi haqqında Ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onda müxtəlif xəstəliklər var və maddi vəziyyəti ağırdır. Azərbaycan Respublikası Kоnsтiтusiyasının 129-cu мaddəsinə əsasən мəhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir Azərbaycan Respublikasının МPM-nin 15.1-ci мaddəsinə əsasən мəhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Мəcəllənin 15.2-ci мaddəsinə əsasən мəhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, borclunun ümumi borcu 6469.37 manatdır. Bu borcun hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsi, qətnamənin 10 ildən də artıq müddətə icra edilməsinə səbəb ola bilər və bu müddət ağlabatan müddət kimi deyil, qətnamənin icra edilməməsi kimi qiymətləndirilə bilər. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının МPM-nin 269-cu мaddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar