Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-191/2023 25.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, Borclu, Tələbkar və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 348/2023 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-348/2023 saylı qətnaməsinə izah verilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-348/2023 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Tələbkar 05 aprel 2017-ci il tarixli X7 və 30 noyabr 2018-ci il doğum tarixli X5 ilə hər həftənin şənbə və bazar günləri və bir neçə gün davam edən bayram günlərinin birində saat 11:00-dan saat 19:00-adək Borclu iştirakı ilə görüşmək hüququ təmin edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Tələbkar övladları ilə borclunun iştirakı olmadan görüşməsini tələb edir. Ona görə də uşaqla görüşmək hüququnun təmin edilməsi haqqında qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən, 05 aprel 2017-ci il tarixli X7 və 30 noyabr 2018-ci il doğum tarixli X5 ilə hər həftənin şənbə və bazar günləri və bir neçə gün davam edən bayram günlərinin birində saat 11:00-dan saat 19:00-adək Borclu iştirakı ilə görüşmək hüququ təmin edilmişdir.Lakin o, uşaqları ilə icra məmurunun iştirakı ilə görüşən zaman Borclu münaqişə yaradır. O, uşaqları ilə borclunun iştirakı olmadan görüşmək istəyir. Məhkəmə iclasında Borclu izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən, 05 aprel 2017-ci il tarixli X7 və 30 noyabr 2018-ci il doğum tarixli X5 ilə hər həftənin şənbə və bazar günləri və bir neçə gün davam edən bayram günlərinin birində saat 11:00-dan saat 19:00-adək Borclu iştirakı ilə görüşmək hüququ təmin edilmişdir. Tələbkar onun iştirakı olmadan uşaqları 1-2 dəfə aparmış və qaytarmaq istəməmişdir. Tələbkar X6 mobil telefonuna zəng edən zaman, o, cavab vermir və o, narahat olur. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 230.1, 230.3-cü maddələrinin tələblərinə görə, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə və məhkəmənin məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-348/2023 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Tələbkar 05 aprel 2017-ci il tarixli X7 və 30 noyabr 2018-ci il doğum tarixli X5 ilə hər həftənin şənbə və bazar günləri və bir neçə gün davam edən bayram günlərinin birində saat 11:00-dan saat 19:00-adək Borclu iştirakı ilə görüşmək hüququ təmin edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Qətnamənin nəticə hissəsi aydındır və izaha ehtiyac yoxdur. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 230, 263-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-191/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-191/2023
25.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver