Məhkəmə qərarları › İş №8(042)-195/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-195/2022

25.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-195/2022 25.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)5660/2015 saylı icra sənədi üzrə Borclunın məcburi gətirilməsinə dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)5660/2015 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(060)5660/2015 saylı icra sənədinə əsasən Borclu 5699 manat alınaraq, X1 ödənilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu borcunu ödəməmiş, borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Borclu icra sənədi üzrə üzərinə düşən öhdəlikləri qərəzli şəkildə icra etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, təqdimat təmin edilməli, Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və Gədəbəy rayonunun Kəlaman kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar