Məhkəmə qərarları › İş №8(042)-199/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-199/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-199/2023 23.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-335/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X1 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-335/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(042)-335/2023 saylı icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 fevral 2023-cü il tarixdən başlayaraq hər ay cəmi 130 manat sabil pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 30 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 01 may 2023-cü il tarixlərdə icraata qəbul olunmuşdur. Tələbkar tələbdən imtina etmişdir. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-335/2023 saylı icra sənədi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsi və bu iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-335/2023 saylı icra sənədinin surətindən görünür ki, Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 fevral 2023-cü il tarixdən başlayaraq hər ay cəmi 130 manat sabil pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 30 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş ərizənin surətindən görünür ki, Tələbkar borclunun ona heç bir aliment borcu olmamısını bildirmiş, bundan sonrakı ödəniləcək alimentdən imtina edərək, Gədəbəy Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə iş üzrə icraata xitam verilir. Beləliklə, tələbkar X2 aliment tələbindən imtina etməsi ilə bağlı Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Ona görə də təqdimat təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 335/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-335/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar