Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-2/2025 06.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(042)-130/2024 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(042)-130/2024 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş X2 məxsus olan “BMW 528” minik markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(042)-610/2024 saylı icra sənədinə əsasən Borclu 1300.68 manat tutularaq, Tələbkar MMC-ə ödənilməlidir. Bununla bağlı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(042)-130/2024 saylı qərardadı ilə onun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar MMC 19 dekabr 2024-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, məhkəmə qərarında göstərilən tələb tam icra olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiqdir.Ona görə də, təqdimatın təmin edilməsini xahiş edir. Təqdimat müəllifinə və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarların, icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-610/2024 saylı qərardadından görünür ki, Borclu məxsus olan “BMW 528 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan ərizədən görünür ki, Tələbkar MMC Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə ərizə göndərərək Borclu borc tam bağlandığından Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-610/2024 saylı icra vərəqəsi üzrə başlanmış icra işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 23.10.4cü il tarixli 8(042)-130/2024 saylı qərardadı ilə Borclu məxsus olan “BMW 528” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuşdur. Hazırda, həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, Borclu məxsus “BMW 528” minik markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. Borclu Vaquf oğluna məxsus olan “BMW 528” minik markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-2/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-2/2025
06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver