Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-202/2022 14.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(104)-669/2015 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair icra məmuru Tura İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Apellyasiya Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(104)-669/2015 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 669/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 90 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə ona borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün 10 gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. İcra tədbirləri zamanı Borclu ərazidə olmadığı üçün onun onun barəsində axtarış qərarı qəbul olunaraq Gədəbəy rayon Polis şöbəsinə göndərilmiş və onun barəsində xx.xx.2021-ci il tarixdə, 490424 saylı axtarış işi açılmışdır. Borclu hazırda axtarışdadır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 669/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat müəllifinə, borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Borclu barəsində axtarış elan olunmuş və Gədəbəy rayon Polis şöbəsində 490424 nömrəli axtarış işi açılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.3-cü maddəsinə əsasən, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 19.1.2-ci maddəsinə əsasən, Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək dayandırılır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(104)-669/2015 saylı icra sənədi üzrə icraat Borclu tapılanadək dayandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(104)-669/2015 saylı icra sənədi üzrə icraat Borclu tapılanadək dayandırılsın. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-202/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-202/2022
14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver