Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-205/2022 15.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-642/2021 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-642/2021 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)- 642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 513 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanı Gədəbəy rayonu, Novoivanovka kəndinə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Odur ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov borclunun Gədəbəy rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat müəllifinə, borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-642/2021 saylı icra sənədinə əsasən Abbasov X2 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan Borclu məcburi qaydada Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-205/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-205/2022
15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver