Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-205/2023 04.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi,X1 vərəsəsi X5 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakları ilə, X1 vərəsəsi X3 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 vərəsəsi X2 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 vərəsəsi X5 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, tələbkar X8 onun anasıdır. Anası 02 yanvar 2023-cü il tarixdə ölmüşdür.Anası bütün əmlakını ona vəsiyyət etmiş və bu barədə 02 avqust 2022-ci il tarixdə Şəmkir Rayon 1 Saylı Notariat Ofisində onun adına vəsiyyətnamə vermişdir. O, anasından qalmış miras əmlakını qəbul etmək üçün 16 noyabr 2023-cü il tarixdə Gədəbəy Rayon Notariat Ofisinə müraciət edən zaman ona məlum olmuşdur ki, anası tərəfindən əmlakın X9 bağışlanmasına dair bağışlama müqaviləsi ləğv edilmiş, buna baxmayaraq, X11 həmin müqavilə əsasında əmlaka dair çıxarış almışdır. Bu səbəbdən də mirasın adına sənədləşdirməsi mümkün olmamışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1643/2016 saylı icra sənədi icra edilmədən onun icraatına xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.Odur ki, Gədəbəy Rayon icra və Probasiya Şöbəsinin xx.xx.2021ci il tarixli qərarının ləğv edilməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tələbkarın vərəsəsi X3 şikayət ərizəsinin təmin edilməsi nə etirazı olmamasını bildirdi. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, tələbkar X8 vəfat etdiyindən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1643/2016 saylı icra sənədinə xitam verilmişdir. Tələbkarın vərəsəsi X5 16 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə verərək, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021--cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-205/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-205/2023
04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver