Məhkəmə qərarları › İş №8(042)-206/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-206/2023

04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-206/2023 04.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-403/2022 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-403/2022 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-403/2022 saylı icra sənədinə əsasən Borclu 2105 manat, 21500 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X5 Alhammadinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə boclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində “KİA RİO” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Ona görə də həmin avtomaşının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat müəllifinə, tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın, icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində “KİA RİO” minik markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə araşdıması ilə müəyyən edilmişdir ki, Borclu mülkiyyətində “KİA RİO” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır və o, borcu ödəmir. Ona görə də təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “KİA RİO” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan ““KİA RİO” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar