Məhkəmə qərarları › İş №8(042)-209/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-209/2022

16.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-209/2022 16.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(042)-1559/2017 saylı icra sənədi üzrə icraatının dayandırılmasına dair icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılov təqdimatla məhkəməyə müraciət edərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(042)-1559/2017 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(042)-1559/2017 saylı icra sənədinə əsasən Borclu hər ay iki uşaq üçün cəmi, 200 manat aliment alınaraq, X1 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar borcluya könüllü vaxt verilmiş, lakin bu müddət ərzində o, borcunu ödəməmişdir. Bundan sonra məcburi icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu ərazidə olmamış, barəsində axtarış işi açılmışdır. Hazırda borclunun yeri məlum deyil. Ona görə də, icra sənədin üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclunun yaşayış yeri məlum deyil və barəsində axtarış işi açılmışdır. Ona görə də təqdimatın təmin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.3-cü maddəsini və Azərbaycan Respublikası MPM-nin 231ci maddəsini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(042)- 1559/2017 saylı icra sənədi üzrə icraat dayandırılsın. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar