Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-211/2025 26.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, ərizəçi X2 və Maraqlı şəxs icra məmuru X3 iştirakları ilə X1 Maraqlı şəxs 28 oktyabr 2025-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs icra məmuru tərəfindən çıxarılmış 28 oktyabr 2025-ci il tarixli qərarın ləğv edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-105/2025 saylı icra sənədinin yenidən icraya yonəlməsini haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəm iclasında X2 ərizəni müdadiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsilə Tələbkar Gədəbəy Rayon AİK-in qərarı ilə ona verilmiş 0,501 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi icraya yönəldilmişdir.İcra icraatı zamanı borclu Tələbkar torpaq sahəsini könüllü qaydada boşaltmağı öz öhdəsinə götürmüşdür. İcra məmuru R.Rüstəmov tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsinin icrası həyata keçirilmiş, bu barədə müvafiq icra aktı tərtib edilmişdir. Həmin akt borclu tərəfindən könüllü olaraq imzalanmışdır.Lakin icra tədbirləri başa çatdıqdan sonra borclu Tələbkar qanunsuz olaraq yenidən sözügedən torpaq sahəsinə daxil olmuş, həmin sahəyə taxıl səpmişdir.Bununla da borclu məhkəmə qətnaməsinin tələblərini pozmuşdur. Ona görə də ərizənin təmin edilmiəsini və xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək, yenidən icraya qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X5 məhkəmənin mülahizəsi ilə qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə, tələbkar 16 dekabr 2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi verərək, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, icra sənədinin yenidən icraata qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlmişdir ki, şikayət təmin edilməli, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və icra səndəi yenidən icraya yönəldilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 263-264,266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-211/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-211/2025
26.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver