Məhkəmə qərarları › İş №8(042)-213/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-213/2022

21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-213/2022 21.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Gədəbəy rayonu Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 2(041)-34/2015 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair icra məmuru Tura İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 rayonu Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 2(041)-34/2015 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 2(041)- 34/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu1 hər ay 1 uşaq üçün cəmi 75 manat aliment tutularaq, tələbkar Borclu2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə ona borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün 10 gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. İcra tədbirləri zamanı Borclu1 ərazidə olmadığı üçün onun barəsində axtarış qərarı qəbul olunaraq Gədəbəy rayon Polis şöbəsinə göndərilmiş və onun barəsində xx.xx.2021-ci il tarixdə, 490565 saylı axtarış işi açılmışdır. Borclu hazırda axtarışdadır. Odur ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)- 34/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat müəllifinə, borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Borclu1 barəsində axtarış elan olunmuş və Gədəbəy rayon Polis şöbəsində 490565 nömrəli axtarış işi açılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.3-cü maddəsinə əsasən, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 19.1.2-ci maddəsinə əsasən, Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək dayandırılır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Gədəbəy rayonu Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 2(041)-34/2015 saylı icra sənədi üzrə icraat Borclu1 tapılanadək dayandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy rayonu Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 2(041)-34/2015 saylı icra sənədi üzrə icraat Borclu1 tapılanadək dayandırılsın. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar