Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-215/2023 21.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X1nın iştirakı ilə, X1nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qətnaməsinin icra müddəti zamanı o, borclu ilə barışdığından Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə 20 aprel 2022-ci il tarixdə ərizə verərək icra sənədinin icrasına xitam verilməsini xahiş etmiş və icra sənədinin icrasına xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Hazırda borclu ilə münasibətləri pozulmuşdur və onlar ayrılmışlar. Borclu ona uşaqlara baxması ilə əlaqədar yardım göstərmir. Odur ki, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında xitam qərarın ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Borcluya və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə İcra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, X1nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 11 yanvar 2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Tələbkar 07 dekabr 2023cü il tarixdə məhkəməyə ərizə verərək, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-215/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-215/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver