Məhkəmə qərarları › İş №8(042)-216/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-216/2025

08.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-216/2025 08.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, X2nın iştirakı ilə X3 borcun indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X1 Zəminə Aslan qızının Gədəbəy Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 1210 manat miqdarında ödənilməməiş borcunun hər ay 21 faiz nəzərə alınmaqla indeksasiya edilmiş 3049.20 manat borcunun alınaraq, ona verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafi etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs 1210 manatın alınaraq, ona verilməsi qət edilmişdir. Borclu həmin borcu bu vaxta qədər ödəməmişdir. Həmin vaxtdan keçən müddət ərzində inflyasiya nəticəsində həmin məbləğin qiyməti aşağı düşmüşdür. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli İcra Vərəqəsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-914/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs 1210 manatın alınaraq, X5 verilməsi qət edilmişdir. İşdə olan Arayışdan görünür ki, Maraqlı şəxs həmin borcdan ödəniş etməmişdir. Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən illik inflasiya 2025-ci ildə təxminən 6 faiz olmuşdur. Azərbaycan Respublikasinin MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-914/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs 1210 manatın alınaraq, X5 verilməsi qət edilmişdir. Maraqlı şəxs həmin borcdan ödəniş etməmişdir. Qətnamənin çıxarıldığı vaxtdan inflasiya nəticəsinə həmin məbləğ öz qiymətini Azərbaycan Mərkəzi Bankının gösrəicilərinə əsasən təxminən 6 faiz itirmişdir. Ona görə də ərizə qismən təmin edilməli, borc məbləğinin 6 faizi olan 72.6 manat borc məbləğinə əlavə edilməli, Maraqlı şəxs 1282.6 manat alınaraq, X5 verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 232-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs 1282.6 manat alınaraq, X5 verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar