Məhkəmə qərarları › İş №8(042)-218/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-218/2023

29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-218/2023 29.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, tələbkar X5 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, o, cavabdeh X4 qarşı Gədəbəy Rayon Məhkəməsində iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-430/2023 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, X3 onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Qasımağalı kəndində yerləşən torpaq sahəsinin 0.0322 hektaradək hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası ilə əlaqədar Gədəbəy Rayon icra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən 24 noyabr 2023-cü il tarixə icra günü təyin edilməklə X7 ona məxsus torpaq sahəsini tutduğu hissəsindən çıxarılmış və bununla bağlı akt tərtib edilmişdir. Bundan sonra o, cavabdehin çıxarıldığı özünə məxsus torpaq sahəsinin ətrafına metal setka çəkmiş, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 xx.xx.2023-cü il tarixli qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-430/23 saylı icra sənədində xitam vermişdir. Lakin bundan sonra borclu X7 ona məxsus torpaq sahəsinin ətrafına çəkdiyi metal setkanı sökərək, yenidən ona məxsus torpaq sahəsini zəbt etmiş və məhkəmə qətnaməsinin icrasını əhəmiyyətsiz etməklə yenidən onun mülkiyyət hüququnu pozmuşdur. Ona görə də, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında xitam qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Borcluya və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və İcra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gədəbə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-430/2023-008 saylı icra sənədinə xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məcəllənin 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu qanunun qəbul edilməsini müəyyyən edərsə həmin qərar ləğv edir. Məcəllənin 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məcəllənin 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Tələbkar 15 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə verərək, borclunun ona məxsus torpaq sahəsini yenidən tutduğunu bildirmiş, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023 -ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023 –cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar