Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-22/2025 04.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə X2nın alimentin indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2010-cu il doğum tarixli X5 və xx.xx.2012-ci il doğum tarixli X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)-517/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs onun xeyrinə hər bir uşaq üçün tutulan 120 manat alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,48 misli həddində indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(042)-517/2019 saylı qətnaməsi ilə iddiaçı X12 ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqları 06 iyul 2010-cu il təvəllüdlü X13 və 18 avqust 2012-ci il təvəllüdlü X9 anaları X6 yanında saxlanılmış, 03 may 2019-cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün cəmi, 240 manat alimentin cavabdeh Maraqlı şəxs alınaraq, iddiaçı X7 verilməsi qət edilmişdir.Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması zərurəti yaranmışdır. Belə ki, məhkəmə tərəfindən alimentin təyin edildiyi vaxt, yəni, xx.xx.2019-cu ildə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 250 manat olmuşdur. 2025-ci il üçün isə minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir.Hazırki qətnamə ilə bir uşaq üçün təyin edilmiş 120 alimentin miqdarı 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum aylıq əməkhaqqının 0,48 mislini təşkil edir. Bu qayda nəzərə alınaraq alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,48 misli həddində indeksasiya olunmalıdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli 2(042)- 517/2019 saylı Qətnaməsindən görünür ki, 06 iyul 2010-cu il tarixdə doğulmuş X13 və 18 avqust 2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxılanılması üçün hər uşağa görə 120 manat alimentin Maraqlı şəxs alınaraq, X10 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2019-cu il sentyabrın 1-dən etibarən minimumum aylıq əmək haqqının məbləği 250 manat, 1 yanvar 2025- ci il tarixdən isə 400 manat miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(042)-517/2019 saylı qətnaməsi ilə 06 iyul 2010-cu il tarixdə doğulmuş X13 və 18 avqust 2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs Ələdin oğlundan hər ay sabit pul məbləğində hər ay hər uşağa görə 120 manat,yəni, həmin il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.48 misli miqdarında alimentin alınaraq, X7 verilməsi qət edilmişdir. Hazırda minimum əməkhaqqının məbləği 400 manatdır. Ona görə də ərizə təmin edilməli, 06 iyul 2010-cu il tarixdə doğulmuş X13 və 18 avqust 2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 yanvar 2025-ci il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.48 misli qədər aliment Maraqlı şəxs alınaraq, X7 verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıraq və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq 06 iyul 2010-cu il tarixdə doğulmuş X13 və 18 avqust 2012-ci il tarixdə doğulmuş X1 üçün Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində aliment alınaraq, X7 verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-22/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-22/2025
04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver