Məhkəmə qərarları › İş №8(042)-220/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-220/2023

29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-220/2023 29.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-547/2018 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və icraata xitam verilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-547/2018 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbulu edilməsi və icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2(042)- 547/2018 saylı icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 aprel 2018-ci ildən başlayaraq hər ay cəmi 300 manat məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə icraata qəbul olunmuşdur. Tələb könüllü olaraq icra edilmişdir. Ona görə də borclu barəsində heç bir məcburi icra tədbirləri görülməmişdir. Tələbkar Borclu ilə birlikdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gələrək xx.xx.2023-cü il tarixli ərizə təqdim etmiş və aliment işi üzrə tələbdən imtina etdiyi bildirərək, icraata xitam verilməsini xahiş etmişdir. Tələbkarın tələbdən imtinası icra məmuruna xitamla bağlı “İcra haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun qərar qəbul etməsi imkanı yaratmır. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-547/2018 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbulu edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, aliment borcunu tam ödəmiş, bundan əlavə tələbkara 22000 manat vermişdir. Ona görə də tələbkar icra icratına xitam verilməsini xahiş etmişdir. Odur ki, təqdimatın təmin edilməsini xahiş edir. İş materiallarından məlum olur ki, Tələbkar notarial qaydada təsdiq edilmiş ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-547/2018 saylı icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.1-ci maddəsinə əsasən, İcra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. Beləliklə, Tələbkar notarial qaydada təsdiq edilmiş ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-547/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də, təqdimat təmin edilməli Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-547/2018 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilməli və icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-547/2018 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilsin və icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar