Məhkəmə qərarları › İş №8(042)-24/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-24/2025

07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-24/2025 07.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2(042)-399/2024 №-li icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun məhkəməyə təqdim etdiyi təqdimatından görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Gədəbəy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2(042)-399/2024 saylı icra sənədinə əsasən, Borclu 7.517,96 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədinə olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən təqdimatda Gədəbəy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2(042)-399/2024 saylı icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2(042)-399/2024 saylı icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2023-cu il tarixli, FM-00385-17/23A saylı kredit müqaviləsi üzrə 6863.2 manat əsas borc, 464.07 manat faiz borcu, 95.29 manat dəbbə borcu olmaqla, cəmi 7422.56 manat məbləğində borc, 95 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının əvəzi, ümumilikdə 7517.96 manat məbləğində pul vəsaiti tutulub iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən Gədəbəy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2(042)-399/2024 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. «İcra haqqında» qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir Yuxarıda qeyd olunanlara əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun təqdimatı təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, e-2(042)-399/2024 saylı icra sənədi üzrə Borclu (Gədəbəy rayonu, X1, Qarabulaq kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1997-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar