Məhkəmə qərarları › İş №8(042)-26/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-26/2024

07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-26/2024 07.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-87/2022 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “Mercedes Benz C240 minik” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən “Mercedes Benz C240 minik” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimat Gədəbəy rayon Məhkəməsinə daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-1115/21 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 2131.25 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bununla bağlı Borclu icra sənədində göstərilən tələbi yəni 2131.25 manat Borclu adına olan “Mercedes Benz C240 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönələrək Gədəbəy Rayon Məhkəməsi tərəfindən 8(042)-87/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək məhkəmə qərarında göstərilən tələb tam icra olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məqsədə müvafiqdir. Odur ki, Borclu adına olan “Mercedes Benz C240 minik” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsinə məsələsinə baxmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimati və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla müəyyən edildi ki, tələbkar Gədəbəy rayon İcra və Probasiya şöbəsinə ərizə verərək, icra sənədi üzrə borcun tam ödənildiyini bildirmiş və icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, icra sənədi icra olunduğundan Borclu məxsus olan “Mercedes Benz C240 minik” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-87/2022 saylı qərardadı ilə Borclu məxsus olan “Mercedes Benz C240 minik” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə və DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar