Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-28/2024 29.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(042)-66/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-66/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus olan “VAZ 21154” minik markalı 21-BF882 dövlət qeydiyyat nişanlı və “QAZ 33021” yük markalı, **- BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-72/2023 saylı, 17 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən Borclu müştərək qaydada dəymiş ziyana görə 13800 manat, ödənilmiş dövlət rüsumunun 132 manat hissəsi, cəmi 13932 manat alınaraq, “X7” MMC-ə verilməlidir. Borc tələbi borcluya məxsus “VAZ 21154” minik markalı 21-BF882 dövlət qeydiyyat nişanlı və “QAZ 33021” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilmişdir. Bununla bağlı sözügedən avtomobilin üzərinə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-66/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuşdur. Tələbkar “X7” MMC-nin nümayəndəsi X6 xx.xx.2023-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmiş, borclu ilə razılıq əldə edildiyini bildirmiş, avtomobillərin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Ona görə də, təqdimatın təmin edilməsini xahiş edir. Təqdimat müəllifinə, tələbkarlara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarların, icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-66/2023 saylı qərardadından görünür ki, Borclu məxsus olan “VAZ 21154” minik markalı 21-BF882 dövlət qeydiyyat nişanlı və “QAZ 33021” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İşdə olan 05 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, tələbkar “X7” MMC-nin nümayəndəsi X1 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmiş, borclu ilə razılıq əldə edildiyini bildirmiş, avtomobillərin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-66/2023 saylı qərardadı ilə Borclu məxsus olan “VAZ 21154” minik markalı 21-BF882 dövlət qeydiyyat nişanlı və “QAZ 33021” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, Borclu məxsus VAZ 21154” minik markalı 21-BF882 dövlət qeydiyyat nişanlı və “QAZ 33021” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “VAZ 21154” minik markalı 21-BF882 dövlət qeydiyyat nişanlı və “QAZ 33021” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin üzərindən həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-28/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-28/2024
29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver