Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-29/2022 11.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsininin icra məmuru Səbuhi Hüseynovun iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(042)-1765/2017 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural İsmayılov tərəfindən borcun borclunun pensiyasına yönəldilməsi barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(042)-1765/2017 saylı icra sənədi üzrə borcun borclunun pensiyasına yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsininin icra məmuru Tural İsmayılov izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2017-ci il tarixli, 2(042)-1765/2017 saylı icra sənədinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat alınaraq, Quliyeva Tələbkar verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması zamanı məlum olmuşdur ki, Borclu İ qrup əlilliyə görə təqaüd alır. Ona görə də Borclu hər ay təqaüdündən borc məbləği ödənilənədək 70 faiz hissəsinin, borc məbləği ödənildikdən sonra isə hər ay icra sənədində göstərilən qaydada tutulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan məktubun surətindən görünür ki, Borclu təqaüd alır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 63.1, 63.1.1 və 63.1.3-cü maddələrinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Beləliklə, təqdimat təmin edilməli, Borclu ödəməli olduğu 300 manat aliment onun aldığı təqaüdə yönəldilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Gədəbəy Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(042)-1765/2017 saylı icra sənədlərinin icrası ilə əlaqədar tələb Borclu hər ay təqaüdündən borc məbləği ödənilənədək 70 faiz hissəsi, borc məbləği ödənildikdən sonra isə hər ay icra sənədində göstərilən qaydada tutulsun. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-29/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-29/2022
11.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver