Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-29/2025 25.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə tələbkar X2 Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında dair qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(042)-871/2019 saylı qətnaməsi ilə Borclu hər ay hər uşağa görə 120 manat, cəmi, 240 manat alimentin alınıb X3 verilməsi qət edilmiş, icra sənədi Maraqlı şəxsnə göndərilmişdir.Borclu ilə razılığa gəldiyi üçün icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı ərzəyə əsasən icra sənədi Gədəbəy Rayon Məhkəməsinə qaytarılmışdır.Borclu verdiyi sözə əməl etməmişdir.Ona görə də Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarıması haqqında qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Ərizə vermiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və İcra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs rəisi X4 izahat verərək bildirmişdir ki, iş üzrə qərar qəbul olunmasını məhkəmənin mulahizəsinə buraxır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. və 23.1.1-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Beləliklə, Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi qaytarılmışdır. X5 məhkəməyə ərizə verərək, borclunun verdiyi sözə əməl etmədiyini bildirmiş, Maraqlı şəxs qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ona görə də şikayət təmin edilməli, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-29/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-29/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver