Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-3/2023 19.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X1nın və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, X1nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişlər. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən o, azyaşlı uşaqları ilə birlikdə Gədəbəy şəhəri, X3 Borclu məxsus fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi icra edilmiş, o, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. Bununla da icra sənədinin icrasına xitam verilmişdir. Hazırda onun azyaşlı uşaqları ilə birlikdə yaşadıqları otaq kiçik və soyuqdur. Bu azyaşlı uşaqların sağlamlığına ziyandır. Ona görə də şikayətin təmin edilməsini, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, onun azyaşlı uşaqları ilə birlikdə köçürülməli olduğu fərdi yaşayış evinin daha geniş otağına köçürülməsini xahiş edir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən X6 azyaşlı uşaqları ilə birlikdə Gədəbəy şəhəri, X3 Borclu məxsus fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi icra edilmiş, tələbkar azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən X6 azyaşlı uşaqları ilə birlikdə Gədəbəy şəhəri, X3 Borclu məxsus fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi icra edilmiş, tələbkar azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. icraçının xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Yəni, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı qanunidir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-3/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-3/2023
19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver