Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-3/2024 08.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Tələbkar, Borclu və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-203/2023 saylı icra sənədi üzrə görüş yerinin müəyyən edilməsi ilə bağlı Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-203/2023 saylı icra sənədi üzrə görüş yerinin müəyyən edilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xx.xx.2021-ci il tarixdə doğulmuş X5 ilə hər həftənin bazar ertəsi və çərşənbə günü saat 12:00-dan saat 18:00-adək Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin iştirakı ilə görüşmək hüququ təmin edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı müxtəlif vaxtlarda təyinatlar verilmişdir. Bəzi vaxtlarda tam olmasa da görüş təmin edilmiş və bəzi vaxtlarda müxtəlif səbəblərdən görüşü təmin etmək mümkün olmamışdır. Buna səbəb tərəflərin bir-birinin anlamaması, onların irəli sürdüyü bəzi tələblər olmuşdur. Belə ki, Borclu uşağı rayon mərkəzinə gətirmək üçün maddi durumunun zəif olması, uşağın körpə olması və maddi-mənəvi durumu ilə bağlı təminatlarının qarşılanmasını əsas gətirərək görüş üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə və ya rayon mərkəzinə gələ bilməməsini bildirmişdir. Buna baxmayaraq görüşü kənd ərazisində təmin edə biləcəyini bildirmişdir. Bu barədə tələbkara məlumat verilsə də, o buna razı olmamış və görüşün ancaq Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında təşkil edilməsini tələb etmişdir. Tələbkar görüş üçün heç vaxt kəndə getməyəcəyini bildirmişdir. Ona görə də, görüş yerinin harda təşkil edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən onun xx.xx.2021-ci il tarixdə doğulmuş X5 ilə hər həftənin bazar ertəsi və çərşənbə günü saat 12:00-dan saat 18:00-adək Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin iştirakı ilə görüşmək hüququnun təmin edilməsi qət edilmişdir. Daha sonra qətnamə icraya yönəldilmişdir. Borclu onun uşağı ilə görüşməsi üçün Gədəbəy şəhərinə gəlmir.Lakin o, uşağı ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında görüşmək istəyir. Odur ki, bu barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xx.xx.2021-ci il tarixdə doğulmuş X5 ilə hər həftənin bazar ertəsi və çərşənbə günü saat 12:00-dan saat 18:00-adək Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin iştirakı ilə görüşmək hüququnun təmin edilməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Onun maddi vəziyyəti çətin olduğundan Gədəbəy şəhərinə gələ bilmir. Odur ki, qərar verilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respeblikası 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Tələbkar uşağı ilə görüş yerinin müəyyən edilməsi ilə bağlı məhkəməyə təqdimat vermişdir. Məhkəmə xx.xx.2023-cü il tarixdə Tələbkar xx.xx.2021-ci il tarixdə doğulmuş X5 ilə hər həftənin bazar ertəsi və çərşənbə günü saat 12:00-dan saat 18:00-adək Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşının iştirakı ilə görüşmək hüququ ilə bağlı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Tələbkar xx.xx.2021-il tarixdə doğulmuş X5 hər həftənin bazar ertəsi və çərşənbə günü sat 12-00-dan saat 18:00-dək icra məmurunun iştirakı ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında görüş yeri müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Tələbkar xx.xx.2021-il tarixdə doğulmuş X5 hər həftənin bazar ertəsi və çərşənbə günü sat 12-00-dan saat 18:00-dək icra məmurunun iştirakı ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında görüş yeri müəyyən edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-3/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-3/2024
08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver