Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-30/2023 06.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 8(042)- 796/2022 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “VAZ 21074” minik markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun təqdimatına və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il, 8(042)-796/2022 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş «VAZ 21074” minik markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il, 8(042)-796/2022 saylı qərardadı ilə «VAZ 21074” minik markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobilin açıq hərracdan satılması qərara alınmışdır. İcra sənədi üzrə borclu, öhdəliklərini yerinə yetirmiş, BOKT Azkredit MMC ilə razılığa gəlmiş, tələbkar Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də, «VAZ 21074” minik markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il, 8(042)-84/2022 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus «VAZ 21074” minik markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobilin açıq hərracdan satılması qərara alınmışdır. İşdə olan ərixənin surətindən görünür ki, tələbkar borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsinə etiraz etməmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il, 8(042)-796/2022 saylı qərardadı ilə Borclu məxsus «VAZ 21074” minik markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Ona görə də, təqdimat təmin edilməli, «VAZ 21074” minik markalı ** UE *** qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 8(042)-84/2022 saylı qərardadı ilə Borclu məxsus «VAZ 21074” minik markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə və DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-30/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-30/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver