Məhkəmə qərarları › İş №8(042)-30/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-30/2025

12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-30/2025 12.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Quliyeva Nübar Yusif qızının katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Tələbkar iştirakı ilə, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1717/2024 saylı icra sənədi üzrə borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus «daşınmaz əmlak üzərinə həbs qoyulması»na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus «daşınmaz əmlak üzərinə həbs qoyulması»na dair təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1717/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu2 və Hüseynova (Quliyeva) Könül Həsrət qızından 35.983 manat məbləğində pul vəsaiti və dövlət rüsumu müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu2 və Hüseynova (Quliyeva) Könül Həsrət qızının icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus olan ********** qeydiyyat nömrəli və **********85-05101-093054 reyester nömrəli fərdi yaşayış evi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında təqdimatda göstərilənlərə oxşar izahat verdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəmə iclasına təqdimatı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borclular məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə təqdimata borluların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1717/2024 saylı icra sənədində əsasən, Borclu2 və Hüseynova (Quliyeva) Könül Həsrət qızından müştərək qaydada 35.983 manat pul vəsaiti alınaraq iddiaçı Tələbkar verilməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və Elektron icra sistemindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 48.8 kv.m, yardımçı sahəsi 14.8 kv.m olmaqla ümumi sahəsi 63.6 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ Hüseynova (Quliyeva) Könül Həsrət qızının adına qeydə alınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası qanununun 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq barədə qərarın qəbul edilməsi, könüllü icra üçün məhkəmə icraçısı tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburu icra tədbirinin tətbiq olunması üçün əsasdır. Həmin qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27, 50-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1717/2024 saylı icra sənədinin icrası ilə bağlı borclu Hüseynova (Quliyeva) Könül Həsrət qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Gədəbəy rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar