Məhkəmə qərarları › İş №8(042)-32/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-32/2025

24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-32/2025 24.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə X2nın iştirakı ilə X2nın alimentin indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2014-cü il doğum tarixli X3, yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Gədəbəy rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-757/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentin miqdarının 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğinə uyğun indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 06 iyun 2013-cü il tarixdə Gədəbəy rayonun Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən nikah bağlamışlar.Birgə nikahlarından xx.xx.2014-cü il doğum tarixli X4 doğulmuşdur.Onlar əvvəllər mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur.Azyaşlı uşaq onun himayəsindədir.Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-757/2016 saylı qətnaməsinə səsasən uşağın saxlanması üçün 100 manat alimet kəsilmişdir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirak olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(041)-757/2016 saylı Qətnaməsindən görünür ki, xx.xx.2014-cü il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxılanılması üçün 100 manat alimentin Maraqlı şəxs alınaraq, X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2016-ci il Sentyabrın 1-dən etibarən minimumum aylıq əmək haqqının məbləği 105 manat, 1 yanvar 2025-ci il tarixdən isə 400 manat miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(041)-757/2016 saylı qətnaməsi ilə xx.xx.2014-cü il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay sabit pul məbləğində hər ay 100 manat,yəni, həmin il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.95 misli miqdarında alimentin alınaraq,X6 verilməsi qət edilmişdir.Hazırda minimum əməkhaqqının məbləği 400 manatdır. Ona görə də ərizə təmin edilməli, xx.xx.2014-cü il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 fevral 2025-ci il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.95 misli qədər aliment Maraqlı şəxs alınaraq, X6 verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il doğum tarixli X1 üçün Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.95 misli həddində aliment alınaraq, X6 verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar