Məhkəmə qərarları › İş №8(042)-34/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-34/2024

29.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-34/2024 29.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-18/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 təqdimatına və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-18/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus olan “VAZ 2107” minik markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-926/2022 saylı icra sənədinə əsasən Borclu 565.7 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Borc tələbi borcluya məxsus “VAZ 2107” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Bununla bağlı sözügedən avtomobilin üzərinə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-18/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuşdur. Tələbkar MMC-nin 04 mart 2024-cü il tarxdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məktub göndərərək, məhkəmə qətnaməsində göstərilən tələb tam icra olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdəndə həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiqdir.Ona görə də, təqdimatın təmin edilməsini xahiş edir. Təqdimat müəllifinə, tələbkarlara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarların, icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-18/2023 saylı qərardadından görünür ki, Borclu məxsus olan ““VAZ 2107” minik markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan 04 mart 2024-cü il tarixli məktubdan görünür ki, Borclu Tələbkar MMC-ə borcu yoxdur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-18/2023 saylı qərardadı ilə Borclu məxsus olan ““VAZ 2107” minik markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, Borclu məxsus “VAZ 2107” minik markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “VAZ 2107” minik markalı ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar